Elm və Texnologiya

Türkiyə daha bir rabitə peykini orbitə çıxaracaq

Dekabrın ortalarında Türkiyə “Türksat 5A” rabitə peykini orbitə çıxaracaq.

“Hurriyet” qəzetinin verdiyi məlumata görə, bunu “Türksat” şirkətinin baş direktoru Cenk Şen deyib.

Onun sözlərinə görə, peykdə istifadə olunan texnologiyalar onun tutumlarını əhəmiyyətli dərəcədə artırmağa və əhatə dairəsini genişləndirməyə imkan yaradır. Peykin orbitdə xidmət müddəti 30 ildən çox olacaq.

“Türksat 5A” peyki “Airbus” şirkətinin zavodunda yığılıb. Peyk “Ku” diapazonunda işləyən 42 transponderlə təchiz olunub. Kosmik aparat 31 dərəcə şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. Yeni peykin əhatə dairəsi Yaxın Şərq, Cənubi Avropa və Afrikanı əhatə edəcək.

Qeyd edək ki, hazırda “Türksat 6A” peykinin də istehsalı ilə bağlı işlər aparılır. Peykin 2022-ci ildə orbitə buraxılması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)