“Kapital Bank”ın səhmləri ticarətdən çıxarılacaq

Kapital Bankın müraciəti əsasında Bakı Fond Birjasının Listinq Komitəsi (BFB) 2 dekabr 2020-ci il tarixində emitentin adi və imtiyazlı səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi ilə bağlı qərar almışdır.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Birjanın yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra, yəni 2 fevral 2020-ci il tarixindən qüvvəyə minəcəkdir.