Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il dekabrın 1-nə 6 411,5 milyon ABŞ dolları təşkil edib.
ENA.az quruma istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,9% azdır.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,45%, son 1 ildə isə 3,7% artıb.