BİZNES

Səudiyyənin Türk mallarına qoyduğu qeyri-rəsmi boykotun nəticəsi: 15% azalma

Türkiyə Respublikasının Səudiyyə Ərəbistanına ixracının həcmi sentyabr ötən ilin analoji dövrü ilə müqayisədə 15% azalıb.

ENA.az Bloomberg-ə istinadən xəbər verir ki, bunun səbəbi qeyri-rəsmi olaraq Səudiyyə Krallığında rəsmilərin Türkiyə istehsalı olan məhsullara tətbiq etdiyi boykotlarıdr.

Türkiyədən İxracatçılar Məclisinin ilkin rəqəmlərinə görə oktyabrda bu rəqəmlərin daha kəskin azaldığını bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın üçüncü dekadasında Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudla telefonla danışmışdı. Söhbət zamanı iki ölkə arasındakı münasibətlər müzakirə edilib, həmçinin bu il Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək G20 sammiti ilə bağlı müzakirələr aparılmışdı.

Qeyd edilirdi ki, Prezident Ərdoğan və Kral Salman ikitərəfli münasibətləri yaxşılaşdırmaq və problemləri həll etmək üçün dialoq kanallarını açıq saxlamaqla bağlı razılığa gəlmişdilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)