Bank

Sığortalanan əmanətin yuxarı həddi artırıılmalıdır - TƏKLİF

"Əmanətlərin tam sığrotalanması haqqında" qanunun qüvvədə olma müddəti başa çatır. Bu fonda əmanətçilərin narahatlığı başa düşüləndir. Bəs, real vəziyyət necədir? Bununla bağlı iqtisadşı Rəşad Həsənov aşağıdakıları qeyd edir: 

Mərkəzi Bankın verdiyi məlumatlardan aydın olur ki, cari ilin ötən dövründə əmanətlərin həcmi 9% azalıb və hazırda 7 milyard 870 milyon əmanət vardır. Bunun əsas səbəblərdən biri bağlanan 4 bankı əmanətlərinin geri qaytarılmasıdır. Lakin, bu qaytarılan əmanətlər təkrar bank sektoruna geri qayıtmadı. Bundan başqa müəyyən sosial qruplar isə əmanətlərini gəlirlərinin azalması, risklərin artması və s. bu kimi səbəblərdən geri götürüb. Bəs əmanət bazarı üçün çağırışlar necədir?

1. Pandemiya əhalinin gəlirlərinə, o cümlədən yığım imkanlarına ciddi mənfi təsir göstərib. Başqa sözlə iqtisadiyyatda passiv vəsaitlərin həcmi əhəmiyyətli səviyyədə azalıb və əmanət bazarında rəqabət daha da artacaqdır.

2. Postpandemiya və postmüharibə dövründə maliyyə vəsaitlərinə tələbat kəskin artacaq ki, bu zaman bankların prosesdə daha aktiv iştirakının təmin edilməsi zərurəti yaranır. Dolayısı ilə passiv yığımların iqtisadiyyata cəlb edilməsi alətlərindən biri olaraq əmanət mexanizminin güvənirliyi daha da artırılmalı, ən pis halda sabit saxlanmalıdır.

3. Neftin qiymətində pessimist dinamika və dövlət büdcəsinin xərclərinin gözlənilən kəskin artırmı (devalvasiya səbəbindən, bu haqda daha geniş yazamaq fikrim var) məzənnə siyasətində yumşalma zərurətini daha da artırıb. Ola bilsin ki, hökumət büdcə kəsirinin müəyyən bir qisminin kompensasiyası məqsədi ilə növbəti ilin əvvəlində devalvasiya qərarı qəbul etsin. Təbii ki, bütün bunlar mövcud əmanətçiləri və potensial əmanətçiləri narahat edir.

Ne etmək olar?

1. Daha yaxşı olar ki, müəyyən korrektələrlə əmanətlərin tam sığortalanması mexanizminin müddəti artırılsın.

- sığorta haqları bankın risk səviyyəsindən asılı olaraq diferensial əsaslarla müəyyən edilsin. Beləliklə Sığorta Fondunun formalaşmasında ədalətlilik prinsipi təyin edilsin.

- xarici valyutada əmanət qəbulu faizləri qismən artırılsın və vətəndaşların devalvasiya riskləri səbəbindən kənarda saxladıqları vəsaitlərin bir qismi maliyyə bazarlarına cəlb edilisin.

2. Tam sığrotalanma mexanizmindən imtina edilərsə o zaman "Əmanətlərin Sığrotalanması Haqqında" 2006-cı il tarixli qanuna dəyişiklər edilməlidir. Beləliklə bankların adekvatlıq əmsalı, likvidlik əmsalı, məcmu kapitalının həcmi, kredit reytinqi, toksit aktivlərin həcmi, istehlak kreditlərinin cəmi portfelə nisbəti kimi indikatorlar nəzərə alınmaqla risk əsaslı sığorta mexanizminə keçilməli. Bu zaman sığortalanan əmanətin yuxarı həddi (sabit 30 min manat limiti ləğv edilməli və diferensial olmaq şərti ilə maksimum limit 100 min manatadək artırılmalıdır), faiz dərəcəsi, sığorta yığımlarının məbləği kimi bütün tələblər diferensial əsaslarla müəyyən edilməldir. Yəni, risk səviyyəsi yuxarı olan Banklar üçün bir əmanət müqaviləsi üzrə yuxarı əmanət məbləği və əmanət faizi daha az lakin, sığorta yığımı üzrə tarif isə daha çox müəyyən edilməldir. Bundan başqa qanunla bankların cəmi əmanət cəlb etmə limiti anlayışı müəyyən edilsin. Mərkəzi Bank tərəfindən bankların rüblük maliyyə göstəriciləri əsasında növbəti rübdə cəlb edə biləcəyi maksimum əmanət limiti müəyyən edilisin.

Sadalanan dəyişiklər əmanətlərin sığortalanması mexanizminin risk səviyyəsini, o cümlədən bankların qeyri-qanuni fəaliyyət cəhdlərini azalda, əmanətçilərin isə güvənini artırmasına səbəb olmaqla passiv vəsaitlərin həm iqtisadiyyatın maliyyə əlaçatanlığının artırılması və həmçinin Qarabağın bərpası xərclərinin maliyyə mənbələrinin formalaşdırılmasında aktiv iştirakına səbəb ola bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)