Sənaye

“ExxonMobil” neftin 60 dolları ötməyəcəyini ehtimal edir

“Exxon Mobil” qarşıdakı on ildə neft qiymətlərinə dair proqnozunu bütövlükdə azaldıb.

“Report” xəbər verir ki, daxili maliyyə planlaşdırma işləri çərçivəsində qarşıdakı 7 ilin hər birinə dair proqnozlar 11-17 faiz həddində azaldılıb.

Xatırladaq ki, bu ilin iyun ayında “BP Plc” 2021-2050-ci illər üçün neft və qaz qiymətlərini azaldaraq “Brent” markalı neftin həmin müddət ərzində 55 ABŞ dollarına satılacağını bildirib. İyul ayında “Eni” 2023-cü ildə “Brent” markalı neftə dair proqnozunu 70 dollarından 60 ABŞ dollarınadək azaldıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department