Yaponiyada iPhone 12-nin maya dəyərini hesabladılar
Yapon analitikləri yeni iPhone 12-nin maya dəyərini hesabladılar.
ENA.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.
Onların verdiyi məlumata görə, yalnız smartfonun tərkib hissələrini nəzərə alınsa, iPhone 12-nin maya dəyəri 373 dollar təşkil edir.
Eyni zamanda cihazın ən bahalı hissəsi 70 dollara olan OLED matrisası olub. Apple A14 Bionic çipsetinin dəyəri 40 dollar, yaddaşı isə 19 dollar təşkil edib.
Bundan əlavə, yapon analitiklərinin hesablamalarına görə, iPhone 12 Pro adi versiyadan cəmi 33 dollar bahadır və “Apple”a 406 dollara başa gəlib.
Onlar qeyd edirlər ki, smartfonun maya dəyərinin üzərinə reklam, tərtibat və logistika xərcləri gəlir.