Qarabağda sülhməramlıların sayı artırılıb?

"Dağlıq Qarabağdakı sülhməramlı missiyanın genişləndirilməsi ilə bağlı təəssüratlar yanlışdır".
"ENA" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sülhməramlıların və orada yaradılan humanitar mərkəzin işlərini qarışdırmamaq vacibdir.
"Xeyr, bu səhv bir təəssüratdır. Bir tərəfdən, onları bir-birindən tamamilə ayırmağa ehtiyac yoxdur, ancaq münaqişə tərəflərinin təmas xəttində dayanan hərbi sülhməramlılarımızın missiyasını bir humanitar mərkəzlə - orada açılan və fəaliyyət göstərən ortaq bir humanitar mərkəzlə qarışdırmağa ehtiyac yoxdur" deyə Peskov qeyd edib.