Sağlamlıq

Palma yağı Azərbaycanın qida bazarında öz yerini genişləndirir – Bu “təhlükəlidirmi”?

Azərbaycana xaricdən cari ilin ilk doqquz ayında xam palma yağı və onun fraksiyalarına daxil olan məhsul üzrə 49.05 min ton həcmində idxal baş tutub. Xaricdən gətirlən bu məhsul indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Palma yağının mənbəyi Afrika palma ağacıdır. Bu yağın istehsalı ilə əsasən Malayziya və İndoneziya ölkələri məşğul olur. Azərbaycan da bu xam məhsulu məhz İndoneziyadan idxal edir.

Təbii bitki yağının idxalına görə Azərbaycanda xaricə $40.41 mln. həcmində valyuta axıb. Bu o isə öncəki illə müqayisədə 49.4% daha çox idxal olunma deməkdir.

“İdxalın bu qədər artması təbiidir. Çünki palma yağı ən ucuz bitgi yağıdır”. ENA.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Banker.az-a deyir.

“Palma yağına MDB məkanında böyük təziyiq var. Səbəb odur palma yağı MDB məkanına daxil olandan sonra, bu birliyin istehsal etdiyi yağ bazarına ciddi təsir edib.” – deyə AİB rəhbəri deyir.

Eyyub Hüseynov deyir ki, palma yağı iki formada: dənəsindən qida üçün hazırlanan yağ və gövdəsindən hazırlanan sənaye üçün yağlardır. O deyir ki, qida üçün tam yararlı olan dənəsindən hazırlanan yağ Avropa və digər bazarlarda satılır. İsveçrədə kimi ölkələrdə uşaqların qidasına da qatılır.

Bundan əlavə, Azərbaycan palm yağını öncəki illə müqayisədə 2020-ci ildə öncəki illə müqayisədə hər kiloqramını 22.7% baha qiymətə alır. Cari ildə Azərbaycanın palma yağının hər kiloqramı üzrə xərci $0.82 olub, bu, 2019-cu ildə $0.67 idi.

Eyni qaydada ölkəyə idxal edilən kərə yağının hər kiloqramı üzrə xərc 2019-cu ildə $4.96 təşkil etsə də, 2020-ci ildə bu rəqəm $5.08-ə yüksəlib – cəmi, 2% bahalaşma.

Palma qozaları, istehsal üçün daşınır, İndoneziya

“Palma yağı maya dəyəri baxımından daha ucuz başa gəlir ki, nəticədə dünya bazarlarında digər bitki yağları ilə müqayisədə daha aşağı qiymətə təklif olunur”.

Bunu Banker.az-a iqtisadçı-ekspert Rəşad Həsənov deyir.

R.Həsənov deyir ki, Azərbaycanlı idxalçılarında diqqətindən də bunun yayınmaması təbiidir.

“Yeyinti sənayesi, xüsusi ilə də qənnadı məmulatlarının, dondurmanın istehsalçıları palma yağının istifadəsinə üstünlük verirlər. Qeyd edilən sahələrin müəyyən inkişafı palma yağına tələbatı da zaman-zaman artırmaqdadır. Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycanda qida sənayesində istehsal prosesinə zəif nəzarət bir sıra iş adamlarının fürsətdən istifadəsinə və palma yağını kərə yağı adı altında son istehlak üçün təqdim etməsinə səbəb olur” – deyə R.Həsənov vurğulayır.

AİB rəhbəri E.Hüseynov isə Azərbaycana gətirlən qida yağları demək olar ki, tam standartlara uyğundur və Qida Təhlükəsizlik Agentliyinin [AQTA] nəzarətində olduğunu, heç bir təhlükəli yağ olmadığını dilə gətirir: “Sadəcə MDB məkanında bu yağa qarşı böyük anti-reklam aparılır ki, bu bazara daxil olmasın. Təəssüflə qeyd edirəm ki, bütün etiketlərin üzərinə bütün yaxşı və pis xüsusiyyətləri yazılmaqla nə üçün satışda yoxdur. Bu da MDB ölkəsində buna olan təziyiqin nəticəsidir”.

Xaricdən Azərbaycana gətirlən kərə yağının idxalı 2020-ci ilin ilk doqquz ayında 11.42 min ton olmaqla idxal dəyəri $56.61 mln. olmuşdur. Ölkə üzrə istehsalın həcmi Dövlət Statistika Komitəsinə istinadən, 20.38 min ton təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)