“Thomson”, “Sirkon” şirkətləri Qarabağın altını-üstünü sümürgədi
Niderland parlamentinin tiqranoidləri doğma torpaqlarımızdan it sürüsü kimi qovduğumuza görə, bizə sanksiya ilə diş qıcayır. Əxlaq və tərbiyədə ermənilərlə həmahəng olan “mavilər ölkəsi”nin zərifsifət parlamentariləri Azərbaycanla siyasi-iqtisadi əlaqələrə yenidən baxacaq, filan. Hansısa siyasi məsələdə bizə dəstək olmaycaq, iqtisadi qadağalar və s.
Niderland bizə nə vaxt siyasi dəstək verib ki? Bu ölkədə lövbər salmış Haaqa konvensiyası 1 milyon azərbaycanlıya divan tutan, Azərbaycanın maddi- mədəni sərvətlərini barbarlıqla sovuran Ermənistan haqqında 3 cümləlik bir sənəd hazırladımı? Hazırlamadı.
30 ildir Azərbaycanı Qarabağ məsələsində təmkin və sülhə dəvət edən Amsterdam əl altdan terrorçuya silah verdi, bu ölkənin “Thomson”, “Sirkon” şirkətləri Qarabağın altını-üstünü sümürgədi.
İqtisadiyyatımızamı zərər dəyəcək? Əsla.
Azərbaycanla Niderland arasında ticarət, alış-veriş onsuz da yüksək deyil, ümumi ticarət dövriyyəmizin 0,6%- həcmində, əmtəə dövriyyəsi vur-tut 200 milyon dollar ola-olmaya. Bunun 68 milyon dollarını biz Niderlanda satırıq, 135 milyonunu zanbaqvari ölkədən alırıq.
Satdığımız nədir?
Əsas ixrac məhsullarımız neft-qaz, elektrik enerjisidir ki, hollandlara bunu heç satmırıq. İstəsə də verən deyilik. Qeyri neft-qaz məhsulları sırasında tütün, fındıq, çay, pambıq lifi və ipliyi, polietilen, kimya və müxtəlif filizçıxarma məhsullarıdır. Hollandiya olmasa 60 milyonluq mal anbarlarımızda qalası deyil ki? O qədər bazarlar var ki?
Hollandiyadan aldığımız nədir?
Müxtəlif məişət avadanlıqları, materiallar, qida məhsulları və güllər...
Hollandın pendiri olmasa acındanmı öləcəyik? Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Zəngilanın qaymağı-pendiri taxta holland pendirindən 100 dəfə dadlı və ləzzətlidir. Özümüzünkünə bərəkət...
Hollandın gülünümə möhtac qalmışıq? Xarı bülbül olan yerdə nə zibildir hollandın gülləri...
“Heineken”, “Amstel” və “Grolsch” pivələri içməsək, böyrəyimiz tərsinəmi süzəcək? Xırdalan və NZS-ə min bərəkət.
Niderland Azərbaycanın əsasən turizm sektoruna maraq göstərir. İndən sonra heç gələn günü olmasın. Lazımdırmı bizə “qoluboylar ölkəsinin” Şuşaya, Zəngilana, Qəbələyə, Şəkiyə naməhrəm ayağını qoyub murdarlamağı?
P.S. “Niderland” sözünün yerli dildə mənası “alçaq ərazilər” deməkdir.
P.S.S. Və Azərbaycan Yüksək ərazilərdədir- Şuşada.
Elbrus Cəfərli