Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək – AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatının tam mətni açıqlanıb.
Məsələ ilə bağlı açıqlama verən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu bəndə əsasən, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək.
Hüquq müdafiəçisi bildirib ki, bu, anlaşma prosesini sürətləndirəcək.
Bəyanatda qeyd edildiyi kimi, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək.(Unikal.org)