Qarabağ

Gorusdan Dağlıq Qarabağa Rusiya sülhməramlıları gəlir

Rusiyanın sülhməramlıları Ermənistanın Gorus şəhərindən Azərbaycanın Qarabağ bölgəsinə yola düşüb.

Məlumatı “Aysor” yayıb.

Məlumata görə, Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə Qarabağa yola düşüb. 

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)