MALİYYƏ

Fond AÇG layihəsindən gəlirini açıqladı

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,960 mlrd. dollar daxil olub.

"BI" bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 222 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il dekabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 137,446 mlrd. dollar gəlir əldə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department