Bank

Biznes kreditləri üzrə müraciətlərin 88%-i müsbət həll olunub

"Azərbaycan Mərkəzi Bankının (AMB) koronavrus (COVID-19) pandemiyası ilə əlaqədar müəyyən etdiyi prudensial yumşalma tədbirlərinin müddəti əvvəl sentyabrın sonuna qədər nəzərdə tutulsa da, sonradan ilin sonuna qədər artırılıb”.

ENA.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmovun sözlərinə görə, kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var.

"Biznes kreditləri üzrə 20 min müraciət var, 1,4 milyard manat biznes kreditləri müraciətlərin 88%-i nəzərə alınıb. Qarşıdakı dövr ərzində də biznesə dəstək verməyi planlaşdırırıq. İstehlak kreditləri üzrə isə 111 milyon manatlıq 31 min müraciət var. Bunun da 87%-i - 96 milyon manatlıq hissəsi icra edilib. O cümlədən ipoteka kreditləri üzrə 103 milyon manatlıq 1 800 müraciət olub", - baş bankir qeyd edib.

AMB sədri bu günə qədər 1 milyard manat həcmində kreditin restruktruzasiya edildiyini diqqətə çatdırıb.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)