Qarabağ

Bərdədə ölənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB

Baş Prokurorluğun yaydığı yeni məlumata görə, həlak olanların sayı 21-ə , yaralanmış şəxslərin sayı 70-ə çatıb.

***

Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdədə həlak olanların sayının artdığını bildirib. O, 20 nəfərin öldüyünü, 40 nəfərin isə yaralandığını qeyd edib.

***

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb.

"ENA"ya daxil olan açıqlamada deyilir:

"2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)