Bank

Bankların Azərbaycan Mərkəzi Bankına borcları artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sisteminin cəmi aktivləri 6,4% azalaraq 30 milyard 619 milyon manat təşkil edib.

Təkcə sentyabr ayında bankların aktivləri 446,9 milyon manat və ya 1,4% azalıb. Akitvlərdə kredit portfelinin  həcmi 14 milyard 497 milyon manatdır və ya 47,3%-ini əhatə edir. Müqayisə etsək, 2019-cu ilin sonu ilə müqayisədə kreditlər 2,7% azalıb.

30 sentyabr 2020-ci il tarixinə Azərbaycanda bankların ümumi kapitallaşması isə 0,9% arataraq 4 milyard 624,4 milyon manata çatıb.

Bankların 2020-ci il sentyabr ayının sonuna olan öhdəliklərində 25 milyard 994,6 milyon manata bərabərdir və 7,6% azalma qeydə alınıb. Oktyabr ayının əvvəlində banklardakı depozit portfeli 9,1% azalaraq 19 milyard 377,4 milyon manat olub. Əvəzində bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 18% artaraq 384,8 milyon manata yüksəlib. 

30 sentyabr 2020-ci il tarixinə, xarici kapitallı 12 bank da daxil olmaqla Azərbaycanda 26 bank fəaliyyət göstərir. Bu bankların 443 filialı, 116 şöbəsi var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şöbə və filialların sayında 25% azalma baş verib. Hesabat dövrünün sonunda Azərbaycanın bank sektorunda 18 min 555 nəfər işləyir, bu o deməkdir ki, 2019-cu ilin sonu ilə müqayisədə 4,7% azalma qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)