Bank

Azərbaycanda 9 bankın balans kapitalı azalıb

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin balans kapitalı illik müqayisədə azalıb.

"BIxəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Bank of Baku", "Atabank", "Bank Avrasiya", "AGBank", "Access Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (32,7%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,6%) qeydə alınıb.

1 bankın - "Azər-Türk Bank"ın balans kapitalı demək olar ki, dəyişməyib.

21 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Azərbaycan Beynəlxalq Bankı"nda (3,5 dəfə), ən aşağı dinamika isə "Rabitəbank"da (1,5%) baş verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)