AMB bu şəxsin sığorta agenti lisenziyasını ləğv edib
Azərbaycan Respublikası Mərkəzi Bankı sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
ENA.az bildirir ki, bu məlumatı AMB yayır.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 oktyabr 2020-ci il tarixli qərarına əsasən İbrahimov Hüseybaba Hüseyn oğluna sığorta agenti fəaliyyətinə verilmiş 24 may 2012-ci il tarixli 000667 nömrəli lisenziya ləğv edilmişdir.