Qarabağ

Paşinyan Qarabağdakı döyüşlərin nəyin uğrunda getdiyini izah etdi

Ermənistanın baş naziri Nikol Paşinyan, Dağlıq Qarabağ ərazisində təmas xəttindəki döyüşlərin bu ərazinin statusu uğrunda getdiyini açıqlayıb.

ENA.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Hökumət başçısı əlavə olaraq bildirib ki, Ermənistan “bu əraziləri təslim edib Dağlıq Qarabağın qeyri-müəyyən statusda qalmasına razılaşsaydı”, münaqişədən qaça bilərdi.

Onun sözlərinə görə, həmin ərəfələrdə Qarabağa hər hansı bir status vermək mümkün deyildi. Bunun üçün son fürsət, Paşinyana görə, 2011-ci ildə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin Kazanda keçirilən zirvə görüşündə əldən verilib.

“Müharibə Dağlıq Qarabağın statusu məsələsini həll edə bilərmi? Bəli, müharibədə müvəffəq olsaq”, – baş nazir əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)