ABŞ İranın 18 bankına sanksiya tətbiq edib
Tramp administrasiyası, gələn ay ABŞ seçkiləri ərəfəsində Tehrana qarşı iqtisadi təzyiq kampaniyasını genişləndirərək 18 İran bankına sanksiya tətbiq edib.
ENA.az xəbər verir ki,bu haqda ABŞ Maliyyə Naziri xəbər verib. Maliyyə Naziri Steven Mnuchin, etdiyi açıqlamada, rəhbərliyin İranın “ABŞ dollarına qanunsuz girişini” dayandırmaq istədiyini əlavə edərək, “Bizim sanksiya proqramlarımız İranın terror fəaliyyətlərini dəstəkləməsini dayandırana və nüvə proqramlarına son qoyana qədər davam edəcək” ifadələrini səsləndirib.
İranın mərkəzi bankının başçısı Abdolnaser Hemmati, ABŞ-ın bu addımının daxili məqsədlər üçün “təbliğat” olduğunu və bunun vacib malların idxalına az təsir göstərəcəyini söyləyib.
“İran hökuməti təslim olmayacaq, əksinə daha qətiyyətlə Çinə tərəf dönəcək və qərb təsirləri daha da aşınacaq” dedi.. Sanksiya siyahısına “Aminİnvestment Bank”, Bank Keşavarzi İran”, Bank Maskan”, “İran Zamin Bank” və digər banklar daxil edilib. Sözügedən banklar İran hakimiyyətinin “pisniyyətli fəaliyyət”ini maliyyələşdirməkdə ittiham edilib.