Birja

Banklara dollar satıldı - HƏRRAC

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 58 milyon dollar satıb.

“Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-avqust aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $5 milyard 3,7 milyon məbləğində xarici valyuta satılıb.

ARDNF bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)