Qarabağ

Paşinyan Dağlıq Qarabağda atəşkəsin şərtlərini açıqladı

Türkiyənin Azərbaycana verdiyi dəstəyi dayandırması – Ermənistanın Dağlıq Qarabağda atəşkəs elan etməsi üçün əsas şərtlərdən biridir.

ENA.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan “TIME” nəşrinə verdiyi müsahibədə bildirib.

“Ermənistan atəşkəs rejiminin bərpa edilməsi üçün irəli sürdüyü şərtlərdən biri də budur ki, Türkiyə Dağlıq Qarabağdakı hadisələrdə iştirakını dayandırmalıdır”, – baş nazir bildirib.

Bundan əlavə, Paşinyan Ankaranın “Osmanlı İmperatorluğunu bərpa etmək” məqsədini güddüyünü qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)