Bank

10 ayda dövlət xətti ilə 215 milyon manata yaxın ipoteka krediti verilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 214,5 mln. manat kredit verib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2,5 dəfə çox - 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 175 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 22,2% azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)