Qarabağ

“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”

“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”

“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”

“Cəbhənin bütün isiqamətlərində əks hücum əməliyyatları davam edir. Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutublar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzinin brifinqində bildirib. O, qeyd edib ki, mülki əhali arasında yaralananlar var. 

“Madagizdə düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradılmasına qərar verilib. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib. Murov dağı istiqaməti də qoşunlarımızın nəzarətindədir”.

A.Eyvazov həmçinin qeyd edib ki, 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib: “Döyüşlərdə əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun yüksək döyüş ruhu və qələbə əzminin bariz nümunəsidir. Sözlərimi general-mayor Hikmət Həsənovun sözləri ilə bitirirəm: “Hərbi birliyin şəxsi heyətinin amalı son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün Ordumuzun döyüş ruhu kifayət qədər yüksəkdir. Qələbə bizimlədir!".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)