BİZNES

"Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır"

Azərbaycan qeyri-neft ixracının artmasında maraqlıdır. Bu il dövlət büdcəsinə edilən dəyişiklik faktiki olaraq qeyri-neft sektorundan gözlənilən vergi daxilolmalarını azaldıb.

"BI" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “AZTV” telekanalının efirində deyib.

Nazir xatırladıb ki, ölkə başçısı bununla bağlı tapşırıqlar verib, bununla əlaqədar aidiyyatı qurumlar, ilk növbədə iqtisadiyyat nazirliyi, kənd təsərrüfatı nazirliyi məqsədyönlü tədbirlər həyata keçirir: “Bununla yanaşı, dövlət tərəfindən xüsusi bir mexanizm tətbiq olunur - təşviq mexanizmi, yəni ixracı təşviq edirik”.

“Made in Azerbaijan” brendindən danışan S.Şərifov bildirib ki, dövlət tərəfindən xaricdə sərgilərdə iştirak üçün müəyyən dəstəkləyici tədbirlər görülür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)