Sənaye

“Exxon Mobil”in ardınca daha bir Amerika neft nəhəngi “Chevron” Azərbaycandan gedir

“Exxon Mobil” şirkəti ilə yanaşı ABŞ-ın daha bir neft nəhəngi– “Chevron” korporasiyası Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsinə dair layihədəki payını satmağa hazırlaşır. 

"BI" xəbər verir ki, bu haqda “Reuters” bildirir.

Agentlik “Exxon Mobil” şirkətinin həmin layihədəki 6.8 faizlik payını 2 milyard dollara satmaq planları ilə bağlı konsorsiumdakı digər Amerika şirkəti “Chevron”dan şərh almağa çalışıb. Bu şirkətdən deyiblər ki, onlar özləri  də konsorsiumdakı 9.6 faizlik paylarını satmağı planlaşdırırlar. Beləliklə, 25 ildən sonra Amerika neft-qaz şirkətləri Azərbaycanı tərk edir. “Əsrin müqaviləsi”ində cəmi 5 Amerika şirkəti yer alırdı və indiyədək onlardan 3-ü paylarını satıb getmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)