Robotlar insanları əvəz edə biləcəkmi?
İşçilər mikroçip qoyulmuş insanların onların işlərini oğurlayacaqlarından qorxurlar.
İşçilər çox da uzaq olmayan bir gələcəkdə performansı artıran mikroçiplər qoşulmuş insanlar tərəfindən kənarda buraxılacaqlarından narahatdırlar.
İşçilərin üçdə ikisi, yalnız CNN Business ilə paylaşılan ABŞ və Avropadakı işçilər arasında aparılan Citrix sorğusuna, əsasən, 2035-ci ildə bədənlərinə çiplər qoyulmuş insanların əmək bazarında haqsız bir üstünlük qazanacağına inanırlar.
Hazırda kiborglar elmi fantastika kimi səslənsə də çox keçmədən real ola bilərlər.
İsveçdə minlərlə insan əllərinə bir gün açarları və kartları əvəz edə biləcək mikroçiplər taxdırıb. Elon Musk bu yaxınlarda beyin-kompüter interfeysi şirkəti olan Neuralink-in istehsal etdiyi donuzlar üzərində test edilmiş beyin implantını nümayiş etdirdi.
İşçilər və rəhbərlər yerləşdirilmiş çiplərin müsbət və mənfi cəhətləri mövzusunda fərqli düşüncələrdədirlər.
Citrix Work 2035-ə, əsasən, edilən bir araşdırmaya görə, "Liderlər texnologiyanın və süni zəkanın gətirəcəyi üstünlüklərə davamlı olaraq daha çox müsbət baxırlar, işçilər isə bu dəyişən iş dünyasında öz mövqeləri ilə maraqlanırlar".
Biznes liderlərinin 77%-i dəri altındakı çiplərin və sensorların 2035-ci ilə qədər işçilərin performansını və məhsuldarlığını artıracağına inanırlar. Liderlərlə müqayisədə işçilərin yalnız 43%-i çiplərə qarşı bu müsbət fikiri bölüşür.
Süni zəkalar tezliklə insanları gəlir əldə etmək baxımından tezliklə üstələyəcək.
İşçilər implantasiya edilmiş cihazlardan daha çox qorxmuş görünsələr də onları qəbul etməyə də çox meyillidirlər - bəlkə də yalnız yaşayışlarını qorumaq üçün.
Citrix sorğusuna, əsasən, işçilərin 57%-i bədənlərinə çiplər yerləşdirilməsinə hazırdırlar - əgər bunun təhlükəsiz olduğunu və performanslarını artırdığını düşünürlərsə. Əksinə müəssisə rəhbərlərinin yalnız 31%-i özlərinə implant edilməsinə müsbət yanaşırlar.
Ümumi olaraq CEO və işçilər texnologiyanın, xüsusən də süni intellektin gələcəkdə kritik rol oynayacağını qəbul edirlər.
Citrix tərəfindən sorğu edilən mütəxəssislərin (işçilər və müəssisə rəhbərləri daxil) 72%-i 2030-cu ilə qədər AI-nin insanları təşkilatların ən yaxşı gəlir gətiricisi kimi əvəz edəcəyinə inanır.
Bəs bu trendlər insanlara nəyi göstərir?
Demokratik prezidentliyə keçmiş namizəd Andrew Yang CNN Business-ə bildirib ki, süni intellekt iqtisadiyyatda mövcud olan bərabərsizlikləri azaltmayacaq, əksinə daha da artıracaq. Əgər CEO-lar AI-dən daha çox dəyər gəldiyini görsələr insanlara daha az resurs ayıracaqlar.
"İşçilər ət hazırlayan fabriklərdən tutmuş mühasibat firmalarına qədər hər yerdə dəyişdirilir və avtomatlaşdırılır. Zaman keçdikcə daha az işçiniz olacaq", - deyir CNN-in siyasi şərhçisi Yang. "Bunun cəmiyyətimiz üçün nə demək olduğu barədə daha realist olmalıyıq".
İşçilər də bu narahatlıqları bölüşürlər. Citrix tərəfindən sorğu edilən işçilərin 60%-i, 2035-ci ilə qədər daimi işləyənlərin nadir hala gələcəyini düşünür.
'Robotlar insanları əvəz etməyəcək'
Yaxşı xəbər budur ki, qərar qəbul edən rəhbərlər gələcəkdə insanların rolu barədə daha optimistdirlər. Əksər liderlər (81%) daimi işləyənlərin 2035-ci ildə də önəmli yerə sahib olacağını düşünür. Bundan əlavə, Citrix tərəfindən sorğu edilən müəssisə rəhbərlərinin 70%-i pandemiyanın onları insan işçilərin texnologiya ilə müqayisədə daha vacib olduğuna inandırdıqlarını söyləyib. Texnologiyaların kompüterlər, smartfonlar və internet kimi insanları işlərində daha yaxşı vəziyyətə gətirməyə necə davam edəcəyini görmək o qədər də çətin deyil. 2035-ci ilə kimi süni zəka insanları ən az iki dəfə daha məhsuldar edəcək. Citrix-in CEO-su Henshall deyir ki, "Robotlar insanı əvəz etməyəcək. Texnologiya insanları daha yaxşı və ağıllı edəcək. Bu, insanlara əvəzedici deyil, daha çox imkan yaradan vasitədir."
Yenə də texnologiyanın, xüsusən də AI-nin gələcəkdə insanların şirkətlərdə oynadığı rolu dəyişdirəcəyi ehtimalı böyükdür.
AI zamanla rəhbərləri də əvəz edəcəkmi?
Saysız-hesabsız işçilər, xüsusən də düzgün bacarıq təcrübəsi olmayanlar arxada qala bilərlər.
"Ən çox əziyyət çəkəcək işçilər işləri asanlıqla avtomatlaşdırıla bilənlər olacaq", - deyə Yang bildirir. "Misli görünməmiş səviyyədə qazanc əldə edən bir neçə idarəçi və investor olacaq".
Bundan əlavə, rəhbərlik də heç nəyə qarşı sığortalanmayıb.
Citrix sorğusu nəticəsində məlum oldu ki, mütəxəssislərin çoxu gələcəkdə təşkilatların biznesin bütün sahələrini idarə edən mərkəzi AI şöbəsinə sahib olacaqlarına inanırlar. Bundan başqa bütün mütəxəssislərin yarısından çoxu (57%) 2035-ci ilə qədər ənənəvi liderlik komandasının olmayacağına və əksər biznes qərarlarının yalnız AI tərəfindən veriləcəyinə inanır.
Mənbə: edition.cnn.com/business