Kredit və depozitlərin faizlərindəki arasındakı ən böyük “uçurum” olan rayonlar məlum oldu

Azərbaycanda milli valyutada banklar tərəfindən cəlb olunmuş əmanət və verilmiş kreditlər arasında ən böyük “uçurum” olan iqtisadi rayonlar açıqlanıb. ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankının 1 avqust tarixinə olan rəqəmlərinə istinadən xəbər verir.
Məlum olub ki, ən böyük fərqlə Yuxarı Qarabağ iqtisadi rayonu durub. Bu iqtisadi rayonda manatda əmanətlər ortalama 1.5% ilə cəlb edilir və kreditlər isə 24.1% ilə əhaliyə verilir. Buradan isə kredit ilə depozit arasındakı marja fərqi 22.6% bəndi təşkil edib.
Digər ikinci sırada Dağlıq Şirvan iqtisadi rayonu durur. Bu iqtisadi rayonun ərazisində əmanətlər 3.2% ilə qəbul edildiyi halda kreditlər ortalama 21.5% ilə müştərilərə verilib. Bu isə öz növbəsində 18.3 faiz bəndi marja deməkdir.
Orta statistik ən aşağı fərq Bakı şəhərində müşahidə edilib. Paytaxtda əmanətlər 5% ilə cəlb edilib, kreditlər isə 11.6% ilə təqdim edilib. Nəticədə 6.6 faiz bəndi ortada fərq yaranıb.