Birja

“AzerGold”un istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Bu gün “Bakı Fond Birjası” QSC-də “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərraca hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqraz (10 000 000 ABŞ dolları məbləğində) çıxarılıb.

İstiqrazlara 40 investor qiymət intervalı 100 ABŞ dolları (4.00%) və 102,8587 ABŞ dolları (3.00%) olan 88 sifariş təqdim edib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,81 ABŞ dolları (3,71%), orta ölçülmüş qiyməti isə 101,7493 ABŞ dolları (3,38%) müəyyən edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 592 min  600 ABŞ dolları təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)