Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Dünya birjalarında Brent neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,29 ABŞ dolları və ya 0,74% artaraq 39,60 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,28 dollar və ya 0,67% azalaraq 41,44 dollar təşkil edib.