Sosial iqtisadiyyat

Sabaha olan - HAVA PROQNOZU

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "ENA"ya verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 765 mm civə sütunundan 759  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70, gündüz 35-40 faiz  olacaq.  

Sentyabrın 18-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz  əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 18-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)