Əhalinin hər nəfərinə düşən pul gəlirləri 0,7% azalıb
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 36 milyard 809,4 milyon manat təşkil edib. Bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 0,1% çoxdur. Bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri isə 0,7% - 3 min 693,3 manatadək azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 2,9% təşkil edib. Yanvar-avqust aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 33 milyard 171 milyon manat qalır ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 1,4% azdır.