"Amrah Sıgorta" bağlanacaqmı? - SƏHMDARLAR YIĞIŞACAQ

"Amrah Sığorta" şirkətinin səhmdarları 2020-ci il, oktyabrın 16-da fövqəladə ümumi yığıncaq çağırıblar.
“Səhmdarlar iclasda yalnız bir məsələni - Əmrah Sığortanın gələcək fəaliyyətlərini müzakirə etməli olacaqlar”, - deyə bununla bağlı elanda bildirilir.
Xatırladaq ki, "Amrah Sığorta" Azərbaycanın sığorta bazarında 1993-cü ildən fəaliyyət göstərir və səhmdarları iki şəxsdir.