Neft ucuzlaşmaqda davam edir- QİYMƏT
Neft ucuzlaşmaqda davam edir. Bloomberg yazır ki, qlobal neft tələbinin perspektivi qeyri-müəyyəndir, bu da qiymətlərinə mənfi təsir göstərir. London birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti səhər 9:50-ə qədər 39,49 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,15% azdır.
New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə oktyabr üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 37,21 dollar/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın səviyyəsindən 0,05 dollar (0,13%) azdır.
BP-nin bazar ertəsi günü yayımlanan 2050-ci il qlobal enerji proqnozuna görə, önümüzdəki 30 il ərzində neftə tələb azalacaq. OPEC-in yeni hesablamalara görə, bu il qlobal neft istehlakı gündə 9,5 milyon barel azalaraq 90,2 milyon barelə çatacaq. Rystad Energy-nin analitiki Bjornar Tonhaugen, "Neft, psixoloji baxımdan bir barel üçün 40 dollardan ucuz satılır, bu da treyderlərin koronavirus pandemiyasının ikinci dalğası vəziyyətində bazarın nə qədər dərinləşə biləcəyini düşündüyünü göstərir", - deyə qeyd edib.
"COVID-19 pandemiyası hələ bitməyib və dünyada yeni infeksiya hadisələri qeydə alınıb ki, bu da son nəticədə neft bazarına təsir edir" deyə MarketWatch, xatırladıb.