Gürcüstanda koronavirusun ikinci dalğası başladı

Gürcüstanın baş naziri Giorgi Qaxaria elan edib ki, ölkədə koronavirus infeksiyasının ikinci dalğası başlayıb.
Bu barədə hökumətin “Facebook”dakı səhifəsində deyilir.
Qeyd edilir ki, hökumət ikinci dalğanı gözləyib və o artıq başlayıb.
“Əsas odur ki, təlaş üçün səbəb olmasın, çünki biz vəziyyətə tamamilə nəzarət edirik”, – Qaxaria bildirib.
Son məlumatlara görə, sentyabrın 10-da Gürcüstanda virusa rekord sayda yoluxma qeydə alınıb. Belə ki, son bir gün ərzində 57 nəfərdə COVID-19 aşkarlanıb. Bir gün əvvəl 44 yoluxma qeydə alınıb. Siyasətçi qeyd edib ki, belə məlumatlar ölkədə epidemioloji vəziyyətin dəyişikliyini göstərir.