Muğanbank sağlamlaşdırma aparır: Zərərlə işləyən filiallarını bağlayır
ENA.az xəbər verir ki, Muğanbank ASC-nin Sahil filialı bağlanıb. Səbəb kimi bankda sağlamlaşdırma tədbirlərinin aparılması göstərilir.
Ümumiyyətlə, banklar hazırda filiallarına diqqəti gücləndiriblər və zərərlə işləyən filialların fəaliyyətini dayandırırlar. Sağlamlaşdırma tədbirləri altında həm də filialların işi yoxlanılır.
Qeyd edək ki, banklar xərclərinə qənaət etmək məqsədilə filialları bağlamağa və ya birləşdirməyə çalışırlar. Bununla bağlı Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, 2020-ci ilin əvvəlinə Azərbaycanda bank filiallarının sayı 509 olub. Yanvar-iyul aylarında isə ölkədəki bank filiallarının 69-u bağlanıb və sayı 440-a düşüb. Eləcə də 17 bank şöbəsi bağlanaraq, sayı 116-a düşüb.