Neft ucuzlaşır: tələbin artması ehtimalı isə yoxdur
Neftə tələbatın zəif qalacağına dair siqnallar nəticəsində "qara qızıl"ın qiyməti bu gün sürətlə ucuzlaşıb. ENA.az xəbər verir ki, neft 4,21% ucuzlaşaraq 40,25 dollara enib.
Saudi Aramco şirkəti keçən həftə sonu ən böyük regional bazarı olan Asiya üçün "Arab Light" brendinin qiymətinin ikinci ay ardıcıl olaraq 1,4 dollar/barel endiriləcəyini söyləyib. Asiya müştəriləri üçün "Arab Super Light" və "Arab Extra Light" bir barel üçün 1,5 dollar, Arab Heavy isə 0,9 dollar ucuzlaşacaq.
"Commonwealth Bank of Australia"nın analitiki Vivek Dhar, "Saudi Aramco-nun neft qiymətlərini ucuzlaşdırması tələbin bərpa olunacağına heç kimin zəmanət vermədiyini göstərir", - deyib.