Sənaye

Fitch neft qiymətləri üzrə uzunmüddətli proqnozlarını endirdi

Beynəlxalq reytinq agentliyi Fitch Ratings, Brent və WTI brendləri üzrə uzunmüddətli proqnozlarını aşağı salıb. Brent neftinin 2022-ci il üçün proqnozu bir barel üçün 53 dollardan 50 dollara, uzunmüddətli proqnoz isə 55 dollardan 53 dollara endirilib.

WTI üçün 2022-ci il üçün qiymət proqnozu bir barreli üçün 50 dollardan 47 dollara, uzunmüddət üçün 52 dollardan 50 dollara düşüb.

Fitch, "OPEC + ölkələri tərəfindən istehsalın kəskin azalması, karantin tədbirlərinin yüngülləşdirilməsi və iqtisadi aktivliyin bərpası sayəsində" neft qiymətlərinin bu ilin əvvəlində qeydə alınan ən aşağı səviyyədən gözləniləndən çox artmasına baxmayaraq proqnozlar endirildi.

Brent markalı neftin 2020-ci il üçün orta qiymət proqnozu bir barel üçün 35 dollardan 41 dollara qaldırılıb. 2021-ci il üçün 45 dollar  səviyyəsində saxlanılıb. 2023-cü il üçün proqnoz isə 53 dollardır.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)