Bakı üzrə koronavirusa ən çox yoluxma bu rayonlardadır

Bakı üzrə koronavirusa yoluxma yenə də ən çox Binəqədidə qeydə alınıb.
Bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Binəqədidə virusa yoluxma 14,3 % olub. Xətai rayonunda virusa yoluxma 12,2 %, Yasamalda 11,8 %, Sabunçuda 11,8 %, Nəsimidə 9,1 %, Nərimanovda 8,5 %, Suraxanıda 8,0 %, Qaradağda 7,4 %, Nizamidə 7,1 %, Xəzərdə 5,0 %, Səbaildə 4,6 % təşkil edib.
Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3 %.