BİZNES

KOBİA-da kadr dəyişikliyi olub

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin direktoru Elşən Qurbanov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Azər Hüseynova həvalə olunub.

Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında 500 min manat nizamnamə kapitalı ilə yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department