Donald Trampın şirkətinə və oğlu Eric Trampa qarşı məhkəmə açıldı
ABŞ Prezidenti Donald Trampın şirkəti və oğlu Eric Tramp, New York Baş Prokurorluğu tərəfindən məhkəməyə verildi.
New York baş prokuroru Letitia James ABŞ prezidenti Donald Trumpın ailə biznesinin maliyyə işləri ilə əlaqədar araşdırma aparandan sonra şirkəti və Eric Trampı məhkəməyə verib/
Məhkəmə işinin Respublika Partiyasının Trampı yenidən prezidentliyə namizəd olaraq irəli sürdüyü gün açıldığı diqqət çəkir. Tramp şirkətinin aktivlərini "kredit təhlükəsizliyi, iqtisadi və vergi güzəştləri" üçün "şişirdikləri" iddiası ilə əlaqədar iddialara cavab verməlidir. New Yorkun baş prokuroru Ceyms məhkəmədən Eric Trampı ifadə verməyə çağırmasını istəyib.