Çin və ABŞ tarif məsələsində razılaşdılar
Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları qarşılıqlı olaraq idxal edilən mallara əlavə tariflər tətbiq olunmaması barədə razılığa gəliblər.
"BI" Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılıq Argentinanın paytaxtı Buanes-Ayresdə keçirilən “Böyük iyirmilər”in zirvə görüşü çərçivəsində ÇXR Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşündə əldə olunub.
Görüşün nəticələri barədə məlumat verən Çinin xarici işlər naziri Van İ deyib ki, tərəflər yanvarın 1-dən əlavə tariflərin tətbiq olunmamasını, ticarət mübahisəsi barədə danışıqları davam etdirməyi qərara alıblar. Bundan başqa, iki ölkənin liderləri münasib zamanda rəsmi səfərlər həyata keçirməyə söz veriblər.