Hadisə

Ramiz Mehdiyevin kürəkəni və qudası MƏHKƏMƏYƏ GƏTİRİLDİ

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

ENA.az xəbər verir ki, toyun  görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə gətirilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)