Sağlamlıq

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Məqsədimiz də odur ki, sanitar-epidemioloji vəziyyətə nəzarət edək”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Hazırda situasiya nəzarət altındadır. Müzakirələr aparılır. Yoluxma sayında artım isə göz önündədir. Bu gün hər hansı bir sərtləşmənin olub-olmaması ilə bağlı ciddi dəyişiklik yoxdur. Belə bir məsələ olarsa, ictimaiyyətə açıqlanacaq. Amma həqiqətən də bu gün biz az-az da olsa, yoluxma sayında artıma meyillilik görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq”, – o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department