Bank

Yelo Bank sosial həssas qrupdan olan sahibkarları təmənnasız dəstəkləməyə davam edir

Yelo Bank növbəti dəfə əhalinin sosial həssas qrupuna aid olan şəxslərə bizneslərini qurmaq üçün dəstək oldu.

Beləliklə, Yelo Bank üç şəxsə - Qəzənfər Rəhmanov (Lənkəran rayonu, Girdəni kəndi), Baxış Sadıqov (Bakı şəhəri, Binəqədi rayonu) və Cəlal Qurbanov (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi) təmənnasız olaraq bərbərlik avadanlıqları və ləvazimatları təqdim edib. Qeyd edək ki, Qəzənfər Rəhmanov fiziki məhdudiyyətli, Baxış Sadıqov (məcburi köçkün) və Cəlal Qurbanov isə aztəminatlı şəxslərdir.

Qarşıdakı günlərdə həmin insanların maraqlı həyatı haqda reportajı oxuya bilərsiniz.


Xatırladaq ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma qoşulan Yelo Bank daha 3 şəxsə təmənnasız dəstək olub. Bank Bakı, Göygöl və Bərdə sakinlərinə dərzilik və mebel kəsimi üçün avadanlıqları və ləvazimatları təqdim edib.


Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru  ayrılmazdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department