Birja

Yeni ehtiyat pul Avromu olacaq? - DOLLAR UCUZLAŞIR

ABŞ-ın koronavirusuna yoluxmanı cilovlaya bilməməsi fonunda Avropa maliyyə siyasətinin uğurlu kursu dolların avro qarşısında dəyər itirməsinə səbəb oldu. Avro üçün gözləntilər olduqca yüksəkdir. 

ABŞ Ticarət Komissiyasının (CFTC) açıqladığı son məlumatlara görə, 11 Avqustdan sonra investorlar 1999-cu ildən bəri avro fyuçerslərinə 30 milyard dollardan çox sərmayə qoyublar. Goldman Sachs analitikləri qeyd etdilər ki, riskli vençur fondları belə 2018-ci ilin may ayından bəri ilk dəfə olaraq ABŞ dollarına qarşı avronu seçməyə başlayıblar. 

"Financial Times"ın hesabatına əsasən, avroya olan müsbət tendensiya qlobal bazarlarda dolların ucuzlaşmasında mühüm rol oynayır. Mart ayından bəri avronun ABŞ valyutasına qarşı bahalaşması isə 11% təşkil edib. 

Qeyd edək ki, avro dollara qarşı 1,1870 dollar səviyyəsində ticarət edilir, bu son iki ildə ən yüksək qiymətdir. Avro, ötən ayın son ongünlüyündə ən güclü performans göstərdi. Bu yüksəliş, investorların Avropanın COVİD-dən ABŞ-a nisbətən daha sürətlə yaxa qurtaracağına dair gözləntilərdən qaynaqlanır.

JPMorgan analitikləri avroya tələbin davam edəcəyini göstərən əlamətləri qeyd ediblər. Bildiriblər ki, investorlar dollar indeksli portfellərin əvəzinə avronu satın alırlar. Bank analitikləri Avropa Mərkəzi Bankı Ehtiyatlarının "tələb mənbəyi" olduğunu vurğulayırlar.

Ötən cümə günü JPMorgan avro üçün il sonu proqnozunu əvvəlki 1.13 dollar səviyyəsindən 1.20 dollar səviyyəsinə qaldırdı. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)