Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
![](https://ena.az/uploads/news/2020-08/_ena_0c92bd79492333ac43f2f0692_o.jpg)
Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə "ENA"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.