Sığorta

"İpək Yolu Sığorta"nın səhmdarı adını dəyişir - İCLAS OLACAQ

Sentyabrın 15-də "İpək Yolu Sığorta" şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

“Yığıncaqda Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi, səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi məsələləri müzakirəyə çıxarılacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "İpək Yolu Sığorta" şirkəti 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 milyon 77 min manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)