Azərbaycanlı səfir Bakıda istintaqa cəlb olunub?
Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.
Bu məlumat AzPolitika.info-ya E.Həsənova yaxın mənbələrdən daxil olub.
E.Həsənov Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb.
E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatı məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.