Depozit axını üzrə "qırmızı zonaya" düşən banklar - 26 BANK ÜZRƏ RENKİNQ
Azərbaycan banklarının əksəriyyətində depozit əriməsinin olduğu barədə qeyd etmişdik. ENA.az sizə 2020-ci ilin 6 ayı üzrə bu tendensiyanı təqdim edir.
Renkinqdən görünür ki, hazırda ölkəmizdə fəaliyyətdə olan 26 bankdan 16-da müştəri hesabları kiçilib.
Mənfi tendensiya üzrə cədvələ Bank Respublika liderlik edir. Bu bankda depozit portfeli 38% azalıb. Müştəri hesabları kiçilə TOP-5 bank bunlardır: Bank Respublika, Muğanbank, Expressbank, Yapı Kredi Bank Azərbaycan, Unibank.
Əksinə deposit portfeli artan TOP-5 bankdan ikisi isə 100% xarici kapitallı bankdır: Pakistan Milli Bankı NBP Bakı filialı, Ziraat Bank Azərbaycan ASC, Rabitəbank ASC, Günaybank ASC, Kapital Bank ASC. Bu bankların bəzisində dayanıqlığına, bəzisində isə yüksək faiz əmsallarına görə depozitlər artıb.
Sırası |
Bankların adları |
Yanvar-iyun 2020-ci il üzrə tendensiya, % ilə |
Depozitlərin həcmi, min AZN ilə |
1 |
Bank Respublika ASC |
-38 |
678 458 |
2 |
Muğanbank ASC |
-29,7 |
235,419 |
3 |
Expressbank ASC |
-27,5 |
126,276 |
4 |
Yapı Kredi Bank Azərbaycan ASC |
-20,8 |
254,041 |
5 |
Unibank ASC |
-17,1 |
439 779 |
6 |
Xalq Bank ASC |
-16,6 |
1 430 994 |
7 |
Accessbank QSC |
-15,5 |
558 288 |
8 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
-15 |
4 792 183 |
9 |
Bank Avrasiya ASC |
-11,1 |
47,852 |
10 |
Bank Melli İran Bakı filialı |
-9,9 |
10 767 |
11 |
Azər-Türk Bank ASC |
-9,3 |
163,357 |
12 |
Azərbaycan Sənaye Bankı ASC |
-8,4 |
655,315 |
13 |
Premium Bank ASC |
-8,2 |
432,066 |
14 |
Bank of Baku ASC |
-5,3 |
173,466 |
15 |
Yelo Bank ASC |
-2,3 |
307110 |
16 |
NaxçıvanBank ASC |
-0,1 |
95,427 |
17 |
BTB ASC |
0,8 |
134,437 |
18 |
Paşa Bank ASC |
1,7 |
3 645 033 |
19 |
Turanbank ASC |
2,2 |
255,345 |
20 |
AzFinance Bank ASC |
2,4 |
388,703 |
21 |
VTB -Azərbaycan ASC |
4,1 |
61,381 |
22 |
Kapital Bank ASC |
21 |
3 625 804 |
23 |
Günaybank ASC |
26,6 |
103 251 |
24 |
Rabitəbank ASC |
31,3 |
657,836 |
25 |
Ziraat Bank Azərbaycan ASC |
39,3 |
119,341 |
26 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
330 |
1,237 |
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2020-ci il martın 1-nə olan bankların ümumi depozit portfeli ilə 2020-ci il iyulun 1-nə olan göstərici arasında müqayisə onu göstərir ki, müştəri hesabları 2 milyard 409 milyon manat azalıb.